
Bakı.Trend:
Xaçmazda narkotik yetişdirməkdə və satmaqda şübhəli bilinən iki
nəfər saxlanılıb.
Trend-ə daxil
olan məlumata görə, polisin keçirdiyi tədbirlərlə narkotik tərkibli
bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 55
yaşlı Ənvər Ələskərov tutulub. Onun yaşadığı evin həyətyanı
sahəsinə baxış zamanı xüsusi qulluq göstərilməklə yetişdirilmiş 50
ədəd çətənə kolu, eləcə də marixuana aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum
olunmuş 33 yaşlı Elman Abdulov saxlanılıb. Onun üzərindən və ya
istifadəsində olan ərazidən psixotrop maddə metamfetamin və heroin
aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə
hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

