
Bakı. Trend:
Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə
verilməsindən indiyədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə
isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə
verilməsindən 8 il ötür.
TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan
qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təmin edir.
12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası
istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və
Avropaya ötürülür. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə
16 mlrd., 2023-cü ildə 23 mlrd. Kubmetr idisə, 2026-cı ildə bu
göstəricinin 32 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.
TANAP-la bu həcmin bir qismi Türkiyəyə tədarük olunur, qalan hissə
isə Transadriatik boru kəməri vasitəsilə Avropaya yönəldilir.

