Yay mövsümündə Bakıdan dünyaya: sərnişinlər üçün daha çox istiqamət və geniş seçim imkanları

Baş səhifə

Bakı. Trend:

Yay mövsümünün başlaması ilə səyahət planları da aktuallaşır.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın müxtəlif
regionlarına 40-a yaxın aviaşirkət tərəfindən müntəzəm reyslər
həyata keçirilir. “AZAL”, “Turkish Airlines”, “Lufthansa”, “LOT
Polish Airlines”, “Air Astana”, “Wizz Air”, “Pegasus Airlines”,
“AJet”, “Air Astana”, “Centrum Air”, “China Southern” və digər
beynəlxalq aviadaşıyıcılar sərnişinlərə geniş marşrut şəbəkəsi
təqdim edir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyəti ilə
bağlı məlumatda bildirilib.

Bildirilib ki, yay mövsümündə ən yüksək tələbat ənənəvi olaraq
Türkiyənin kurort şəhərləri və Avropanın məşhur turizm mərkəzləri
üzrə müşahidə olunur. Antalya, Bodrum, İzmir, Roma, Milan, Paris,
Barselona, Praqa və Vyana kimi istiqamətlər bu mövsümdə
sərnişinlərin ən çox üstünlük verdiyi marşrutlar sırasındadır.




“Son illərdə Asiya və Mərkəzi Asiyaya maraq da əhəmiyyətli
dərəcədə artıb. Azərbaycan və Çin arasında tətbiq olunan vizasız
rejimdən sonra Pekin və Urumçi istiqamətləri sərnişinlər üçün daha
cəlbedici olub. Astana, Almatı, Daşkənd, Şımkənd, və Səmərqənd kimi
şəhərlər isə tarixi İpək Yolu irsi, zəngin mədəniyyəti və inkişaf
edən turizm potensialı ilə diqqət çəkir.

Bununla yanaşı, yay mövsümündə Bakıdan həyata keçirilən uçuş
şəbəkəsi yeni aviaşirkətlərin qoşulması ilə daha da genişlənib.
“Air Serbia”- nın Belqrad, “Airblue”-nun Lahor və “FlyOne”-nın
Daşkənd istiqamətlərində təklif etdiyi uçuşlar sərnişinlərə daha
çox seçim və əlavə səyahət imkanları yaradır.

Artan tələbatı nəzərə alaraq sərnişinlərə səyahətlərini
əvvəlcədən planlaşdırmaq və aviabiletlərini erkən əldə etmək
tövsiyə olunur. Uçuş cədvəlləri və aviabiletlər barədə ətraflı
məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə
etmək mümkündür”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir