Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

Hörmətli Vladimir Vladimiroviç.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin
simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban
qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli
iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf
etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin
genişlənməsini məmnunluqla qeyd edirəm.

Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın
rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji
tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan
sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm
cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə
əmin-amanlıq və tərəqqi arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir