
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin
Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa məktub
ünvanlayıb.
Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və
əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq
inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da
davam etdirəcəyik.
Bu xoş gündə Sizə, möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin
xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

