ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub

Baş səhifə

ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, U Min Zin adlı ABŞ vətəndaşı casusluq etmək və Çinin milli təhlükəsizliyinə zərbə vurmaqda şübhəli bilinərək həbs olunub.

Rəsmi Pekin bununla bağlı ABŞ-ın Quançjou şəhərindəki Baş konsulluğunu məlumatlandırıb.

Qeyd edək ki, “The New York Times” bundan əvvəl həmin şəxsin ötən həftə Çinin Kunmin şəhərində yoxa çıxdığı barədə xəbər yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir