Ohanyan məcburi qaydada məhkəməyə aparılacaq

Baş səhifə

“1 mart” işi üzrə təqsirləndirilən şəxs, keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına gəlməyib. Buna görə də hakim onun məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinə Antikorrupsiya Məhkəməsinin sözçüsü bildirib.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun tabeliyində olmuş şəxslər 2021-ci ildə bəraət almışdılar. Buna səbəb Konstitusiya Məhkəməsinin Köçəryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamını Konstitusiyaya zidd hesab etməsi olmuşdu.

Daha sonra Konstitusiya Məhkəməsinin Kassasiyası həmin qərarı ləğv edərək işi yenidən baxılması üçün geri göndərib. Yeni araşdırma çərçivəsində Köçəryan və onun tabeliyində olmuş şəxslərə vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə ittiham irəli sürülüb. Lakin bu maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə üçün nəzərdə tutulan iddia müddəti artıq başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir