Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR

Baş səhifə

Göyçə gölündə suyun səviyyəsi son bir sutka ərzində 2 santimetr artıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin rəhbəri Levon Azizyan məlumat verib.

Onun sözlərinə görə, su səviyyəsindəki artım son günlər müşahidə olunan güclü yağışlarla əlaqədardır.

Levon Azizyan bildirib ki, ölkənin əsas su anbarlarından biri olan Aparan su anbarı hazırda 100 faiz doluluq səviyyəsinə çatıb.

Qeyd edək ki, Göyçə gölü hazırda Ermənistanın ən böyük şirin su hövzəsi hesab olunur və ölkənin su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir