Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib

Baş səhifə

İyunun 12-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir