
Bakı. Trend:
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Kosovodakı hərbi
missiyası üçün şəxsi heyətin ixtisar edildiyini açıqlayıb.
Xarici media yazır ki, bu, əsasən Amerika kontingentinin
ixtisarına görədir.
NATO-nun rəhbərlik etdiyi beynəlxalq sülhməramlı missiya KFOR
(Kosovo Qüvvələri) tərkibindəki qoşunların sayının azaldılması bu
bölgədə təhlükəsizlik şəraitinin yaxşılaşdırılması səbəbindən
həyata keçiriləcək.
NATO diplomatlarının sözlərinə görə, ABŞ 4600 əsgərdən ibarət
KFOR missiyasındakı şəxsi heyətini azaltmaq niyyətində olduğunu
açıqlayıb.
NATO planlaşdırılan ixtisarın hansı digər ölkələrin
kontingentinə təsir edəcəyini açıqlamayıb.

