Beyləqan sakini kanalda batıb

Baş səhifə

Beyləqan sakini su kanalında batıb.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Kanalda batan şəxsin rayonun Mılabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Sarıyev olduğu bildirilir.

Hadisə yerinə FHN-in dalğıc xilasetmə qrupu cəlb edilib. Axtarış əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir