“Messi yenidən qalib gəlməyə qadirdir”

Baş səhifə

Bakı. Trend:

Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele Lionel
Messinin Argentina yığmasının heyətində növbəti dəfə dünya çempionu
ola biləcəyinə inanır.

29 yaşlı forvard “Barselona”dakı sabiq komanda yoldaşı barədə bu
sözləri deyib:




​”Messi? Sözsüz ki, bəli. O, istənilən kuboku qazana bilər. Mən “Barselona”da oynayanda artıq bunun şahidi olmuşam. ​Dörd yaş
qocalması heç nəyi dəyişmir. O, indiyə qədər gördüklərimin ən
yaxşısıdır. Tarixin ən yaxşı futbolçusudur. Əvvəlki kimi yenə də
təhlükəlidir. ​Qoy artıq 38 yaşı olsun, amma onu dayandırmaq yenə
də çətindir. Ustalıq öz yerində qalır. Messiyə qarşı diqqətli
olmalıyıq. Çünki o, yenidən qalib gəlməyə qadirdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir