Rektor Bakı Dövlət Universitetindən məzun olanların sayını açıqladı

Baş səhifə

Bakı. Trend:

Bakı Dövlət Universitetindən 6200-dən çox tələbə bakalavriat və
magistratura səviyyələri üzrə məzun olur.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu BFU-nun rektoru Elçin
Babayev Məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında
bildirib.

Rektor qeyd edib ki, onların arasında xarici tələbələr də
var.

“Bu gənclər qalib ölkənin Zəfər işığında təhsil alıblar.
İnanıram ki, onlar Azərbaycanın inkişafına öz layiqli töhfələrini
verəcəklər.




Bu il 107 yaşı tamam olan qədim elm və ali təhsil ocağı hər
zaman öz tələbələri ilə fəxr edib və bundan sonra da fəxr
edəcək.

Belə bir universitetin məzunu olmaq hər kəsə nəsib olmur. Burada
təhsil alan hər bir şəxs bununla qürur duymalıdır.
Universitetimizin beynəlxalq reytinq cədvəllərindəki göstəriciləri
ildən-ilə yaxşılaşır, mövqeyi yüksəlir.

Bu gün tələbələrimiz yalnız auditoriyalarla vidalaşırlar. Onlar
hər zaman BDU ailəsinin üzvü olaraq qalacaqlar və bizimlə
əlaqələrini davam etdirəcəklər. Artıq bu gün BDU məzunları
ölkəmizdə yüksək vəzifələr tutur, xaricdə isə Azərbaycanı layiqincə
təmsil edirlər.

Universitetdə yeni ixtisaslar yaradılıb. Əmək bazarının
tələblərinə uyğun ixtisaslaşmalar üzrə, xüsusilə magistratura
səviyyəsində yeniliklər həyata keçirilir. Eyni zamanda,
universitetin infrastrukturu yenilənir, genişmiqyaslı təmir və
abadlıq işləri aparılır”, – o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir