
Bakı. Trend:
ABŞ Polşaya Amerika silahlarının alınması üçün əlavə 4 milyard
dollar ayırır.
Xarici media yazır ki, bu barədə ABŞ dövlət katibinin silahlara
nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas DiNanno
bildirib.
DiNanno bildirib ki, bu Polşaya təqdim edilə bilən vəsaiti
təxminən 20 milyard dollara qədər artıracaq yeni bir məbləğdir.
Dövlət katibinin müavini əlavə edib ki, Polşa bu puldan əlavə
F-35 təyyarələri də daxil olmaqla, zəruri Amerika silahları və
hərbi texnikasını almaq üçün istifadə edə biləcək.
Söhbət ABŞ müttəfiqlərinə Amerika silahları və hərbi
texnikasının alınması üçün kredit və qrantlar verən Xarici Hərbi
Maliyyələşdirmə Proqramından gedir. Varşavanın bu günə qədər
proqram çərçivəsində topladığı vəsaitin ümumi məbləği, yeni tranş
da daxil olmaqla, 19 milyard dollardır.

