Qonaq getdiyi kənddə kanalda batdı

Baş səhifə

Beyləqanda 65 yaşlı kişi kanalda batıb.

Modern.az-ın məlumatına görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Hadisə də məhz həmin kənddə olub.

Hazırda onun axtarışları gedir.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir