Çin ətrafındakı dənizlərdə gizli müharibə gedir

Baş səhifə

Bakı. Trend:

Xarici kəşfiyyat orqanları Çinin dəniz sularını izləmək üçün
innovativ metodlardan, o cümlədən sensorları olan “casus”
heyvanlardan istifadə edirlər.

Xarici media yazır ki, bu barədə Çinin Dövlət Təhlükəsizlik
Nazirliyi məlumat yayıb.

Məlumata görə, dəniz heyvanlarına quraşdırılmış xüsusi qurğular
suyun temperaturu, duzluluğu haqqında real vaxt rejimində məlumat
ötürməyə qadirdir: “Bu cür texnologiyalardan dəniz dibini
xəritələşdirmək və sualtı qayıqların fəaliyyətini izləmək üçün
istifadə edilir. Çin ətrafındakı dənizlərdə görünməz gizli müharibə
gedir”.




Kəşfiyyat orqanlarının məlumatına görə, casus avadanlığı
tısbağalar və balıqlar tərəfindən daşınır.

Bu, Çin hakimiyyətinin öz ərazi sularında xarici casus
cihazlarının aşkarlandığını elan etməsi ilə bağlı ilk fakt deyil.
2024-cü ildə Çinin milli təhlükəsizlik rəsmiləri Çinin dəniz
fəaliyyəti haqqında məlumat toplamaq üçün hazırlanmış bir neçə belə
cihazı ələ keçiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir