“Sabah” braziliyalı müdafiəçi transfer etdi

Baş səhifə

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Modern.az xəbər verir ki, paytaxt klubu braziliyalı müdafiəçi Junior Erivaldo Almeydanı transfer edib.

26 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Almeyda “Sabah”a Portuqaliyanın “Maritimu” klubundan keçib.

Qeyd edək ki, Junior Erivaldo Almeyda karyerası ərzində Braziliyanın “Novorizontino”, “Katanduva”, “Votuporanguense”, Portuqaliyanın “Eştrela Amadora” və “Maritimu” klublarında çıxış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir