“Sabah” braziliyalı müdafiəçini transfer edib

Baş səhifə

Bakı. Trend:

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, braziliyalı müdafiəçi Junior
Erivaldo Almeyda bundan sonra Azərbaycan çempionunun uğurları üçün
çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.




Almeyda Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.
Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino”
(2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022),
Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu”
(2024-2026) komandalarında oynayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir