
Bakı. Trend:
Fransada istehlak qiymətləri inflyasiyası artmaqda davam edir.
Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (Insee) cümə
günü açıqladığı ilkin hesablamalara görə, may ayında illik
inflyasiya 2,4 faiz təşkil edib. Aprel ayında bu göstərici 2,2 faiz
idi.
İnflyasiyanın artması əsasən enerji qiymətlərinin sürətlənməsi
ilə izah olunur.
Xüsusilə may ayında qaz qiymətlərindəki artım bu tendensiyaya
təsir göstərib – enerji qiymətləri 11,3 faiz artıb.
“Insee”nin məlumatına görə, xidmət sektorunda da qiymət artımı
inflyasiyanı dəstəkləyib, lakin bu, daha zəif templə baş verib: May
ayında xidmətlər 2,1 faiz bahalaşıb, apreldə isə bu göstərici 1,8
faiz idi.
Qida məhsullarının qiymətləri, eləcə də sənaye malları və tütün
məhsullarının qiymətləri isə illik müqayisədə əvvəlki ayla eyni
templə artmağa davam edib.

