ABŞ Müharibə Nazirliyi naməlum anomal hadisələrlə bağlı növbəti məlumatları yayımladı

Baş səhifə

Bakı. Trend:

ABŞ Müharibə Nazirliyi öz saytında naməlum anomal hadisələr
(UFO) haqqında üçüncü açıqlanmış məlumatlar toplusunu dərc
edib.

Pentaqonun sözçüsü Şon Parnell bildirib ki, nazirlik davamlı
olaraq əlavə sənədləri yayımlayacaq.

Parnellin sözlərinə görə, veb sayta 8 may 2026-cı ildə
istifadəyə verildiyi vaxtdan bəri görünməmiş dərəcədə maraqla dünya
miqyasında 1,7 milyarddan çox ziyarət qeydə alıb: “Müharibə
Nazirliyi və digər agentliklərdəki tərəfdaşlarımız növbəti fayllar
üzərində fəal şəkildə işləyirlər”.




Əvvəlki nəşrlərdə olduğu kimi, sənədlərdə ABŞ hökumətinin UFO
məlumatlarının yerdən kənar həyatın mövcudluğunu qeydə
alıb-almadığına dair heç bir məlumat verilmir. Həmçinin, onlar
UFO-ların ABŞ milli təhlükəsizliyinə təhdid yaradıb-yaratmadığını
da açıqlamır.

Əvvəllər məxfi saxlanılan məlumatların açıqlanması üzrə
qurumlararası layihə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi,
Energetika Departamenti, FTB, NASA və digər qurumları əhatə
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir