Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Ermənistanda keçirilən seçkilərin nəticələrini sadəcə “nəzərə almaqla” kifayətlənə və Baş nazir Nikol Paşinyana təbrik ünvanlamaya bilər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Kremlin bu addımı Paşinyanın son dövrlər apardığı qərbyönlü siyasətə birbaşa etiraz kimi qiymətləndirilir.

Rusiyadakı müxtəlif dairələrdən gələn səslər də bu ssenarini gücləndirir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın, Kremlin sözçüsü Dmitri Peskovun, Duma deputatlarının və digər rəsmilərin Ermənistandakı seçkilərlə bağlı səsləndirilən tənqidi fikirlər, xüsusilə səsvermə zamanı qanun pozuntularının baş verməsi barədə bəyanatlar Moskva-İrəvan xəttindəki soyuq münasibətlərin daha da pisləşəcəyinə işarədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir