
Bakı. Trend:
ABŞ baş prokurorlarının koalisiyası OpenAI ilə bağlı araşdırmaya
başlayıb.
Xarici media yazır ki, OpenAI-yə cümə günü Nyu-York Baş
Prokuroru tərəfindən çağırış vərəqi təqdim edilib. Çağırış
vərəqəsində şirkətdən əməliyyatlarını və istifadəçilərə təsirini
ətraflı şəkildə əks etdirən sənədlər təqdim etməsi tələb olunur.
Buraya reklam, auditoriyanın cəlb edilməsi və saxlanması metodları
və şəxsi məlumatların emalı mexanizmləri daxildir. Çağırış
vərəqəsində platformanın yetkinlik yaşına çatmayanlar və yaşlılarla
qarşılıqlı əlaqəsi ilə bağlı sorğular da yer alır.
OpenAI Baş Prokurorluğun ofisləri ilə konstruktiv əməkdaşlıq
etmək niyyətində olduğunu açıqlayıb.
İyun ayının əvvəlində Florida hakimiyyəti OpenAI-nin baş
direktoru Sem Altmana qarşı yetkinlik yaşına çatmayanlara zərər
verdiyinə görə məhkəmə iddiası qaldıran ilk ABŞ ştatı olub . Onlar
platformanı qəsdən yanlış məlumatlandırmaqda ittiham ediblər.

