İranla bağlı xəbər təkzib edildi

Baş səhifə

BƏƏ hakimiyyəti İranın dondurulmuş aktivlərindən 3 milyard dolların köçürülməsi ilə bağlı məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, müvafiq açıqlama ölkənin Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində yayıb.

Nazirlikdən vurğulanıb ki, BƏƏ dondurulmuş İran vəsaitlərinin heç birini “açmayıb, köçürməyib və təhvil verməyib”. Nəşrdə qeyd olunur ki, bunun əksini iddia edən bütün məlumatlar, “o cümlədən 3 milyard dolların köçürülməsi barədə iddialar” əsassızdır və həqiqəti əks etdirmir. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir