
Bakı. Trend:
Hindistanda An-32 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hindistanın şimal-şərqindəki Assam ştatının Corhat şəhərində
təyyarə qəzası baş verib. Hərbi təyyarə Corhat hava bazasına eniş
edərkən qəzaya uğrayıb. Xilasedicilər hadisə yerində işləyir, lakin
itki sayı barədə məlumat verilməyib.
Hindistan Hərbi Hava Qüvvələri qəzanın səbəbini müəyyən etmək
üçün xüsusi komissiya yaradılacağını açıqlayıb.
An-32 Sovet aviasiyası tarixində xüsusi olaraq ixrac üçün
hazırlanmış və SSRİ-də silahlanmaya qəbul edilməyən yeganə
təyyarədir.

