Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Baş səhifə

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi qiymətləndirilib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələr üzrə əlaqələrin gələcək inkişaf imkanlarını müzakirə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir