
Bakı.Trend:
Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta ümumtəhsil
məktəbində təşkil olunan “Son zəng” tədbirində Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası
Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz
Regional Təhsil İdarəsinin məsul əməkdaşları, valideynlər və
məzunlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev məzunları
və pedaqoji kollektivi qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü
və “Son zəng” münasibətilə təbrik edib. Qeyd edib ki, son illərdə
Xaçmaz rayonu da daxil olmaqla, respublika ərazisində yüzlərlə
məktəb binası tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub
və təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib. Bu
istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov təhsilə
göstərilən dövlət qayğısından və bu qayğının təzahürü olaraq əldə
olunan uğurlardan danışıb.
Tədbirin rəsmi hissəsində tədris ili ərzində müxtəlif fənn
müsabiqələrində, olimpiadalarda və buraxılış imtahanlarında yüksək
nəticələr göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii
kompozisiyalar nümayiş etdirilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri 11
illik məktəb həyatının “Son zəng”i çalınıb.

