İngiltərəli oyunçuların ayaqqabılarını oğurlayıblar

Baş səhifə

Bakı. Trend:

İngiltərənin futbol üzrə milli komandası ABŞ-də təhlükəsizlik
pozuntusunun qurbanı olub.

Xarici media yazır ki, Kanzas-Siti şəhərində keçirilən Dünya
Kubokunun ilk oyununa hazırlıqdan əvvəl komandanın idman
ayaqqabıları, məşq topları və digər zəruri komanda ləvazimatları
oğurlanıb.”

Bildirilir ki, oğurluq komandanın təlim-məşq düşərgəsinə
daşınarkən baş verib. Kanzas-Siti polisi hadisəni araşdırır və iki
şübhəlinin həbs olunduğunu açıqlayıb.




İngiltərə millisi 17 iyunda Xorvatiya ilə oyuna hazırlıqları
pozmamaq üçün təcili olaraq oğurlanmış əşyaları bərpa etməyə
çalışır.

Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və
Kanadada keçiriləcək. İngiltərə qrup mərhələsində Xorvatiya, Qana
və Panama ilə mübarizə aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir