
Bakı. Trend:
ABŞ yığması doğma meydanda keçirilən dünya çempionatına inamlı
start verərək, Paraqvay seçməsini darmadağın edib (4:1).
Bu qələbə ABŞ millisinin 1930-cu ildən bəri dünya
çempionatlarında qazandığı ən böyükhesablı qələbə olub və
mundiallar tarixindəki ən böyük uğurunun təkrarıdır.
Buna qədər amerikalılar mundial oyunlarında yalnız iki dəfə üç
top fərqi ilə qalib gəlmişdilər. ABŞ 1930-cu ildə Belçikanı (3:0)
və Paraqvayı (3:0) məğlub edib.
Həmin vaxtdan bəri ABŞ dünya çempionatlarında on dəfə çıxış etsə
də, iki topdan artıq fərqlə qələbə qazana bilməyib.
Qeyd edək ki, ABŞ milli komandası növbəti matçını iyunun 19-da
Avstraliyaya qarşı keçirəcək. Maurisio Poçettinonun rəhbərlik
etdiyi kollektiv qrup mərhələsinin son oyununda isə iyunun 26-da
Türkiyə seçməsi ilə qarşılaşacaq.

