
Bakı. Trend:
ABŞ və İran arasında razılaşmanın yekunlaşdırılması iyunun 14-nə
planlaşdırılır.
Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.
Onun sözlərinə görə, nəticədə, Hörmüz boğazı tamamilə
açılacaq.
“Sazişin sabah üçün bağlanması planlaşdırılır və imzalandıqdan
dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq. İranla
münasibətlərimiz əvvəlki administrasiyaların münasibətlərindən çox
fərqlidir, daha yaxşıdır”, – deyə D. Tramp bildirib.

