
Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron ABŞ-nin müstəqilliyinin 250
illiyini qeyd etmək üçün iyunun 17-də Versal Sarayında ABŞ
prezidenti Donald Trampla şam yeməyi təşkil edəcək.
Bu barədə “BFMTV” televiziya kanalı Yelisey Sarayına istinadən
xəbər verib.
Məlumata əsasən, D. Tramp iyunun 15-də Evian-le-Ben şəhərində
keçiriləcək “G7” sammitində iştirak etmək üçün Fransaya
gələcək.
Fransa prezidentinin mətbuat xidməti qeyd edib ki, Versal Sarayı “1783-cü ildə ABŞ-ın müstəqilliyini təmin edən müqavilənin
imzalandığı Fransa-Amerika dostluğunun ikonik bir yeridir”.

