
Ağdam. Trend:
İyunun 14-də səhər saatlarında Ağdam rayonunda mağazada yanğın
baş verib.
Trend-in Qarabağ
bürosu xəbr verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə
alınıb. İlkin məlumata görə, ildırım kənd sakini İbadov Fikrət
Soltan oğluna məxsus mağazaya düşüb və nəticədə yanğın
başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından
Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.
Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə
keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

