
Bakı. Trend:
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya
çempionatında daha iki oyun keçirilib.
C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub
edərək mundiala qələbə ilə başlayıb.
D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə
qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 0:2 hesablı məğlubiyyəti ilə
başa çatıb.
Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1
hesabı ilə qalib gəlmişdi.

