
Bakı. Trend:
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi
səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il
tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə
reysləri ləğv olunub.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən
məlumat verilib.
Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam
ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı
məlumatlandırılacaqlar.

