Robert Köçəryanın Ermənistanı tərk etməsinə imkan verilməyib

Baş səhifə

Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib.

APA xəbər verir ki, bu barədə Ermənistanın bir sıra “Telegram” kanallarında məlumat yayılıb.

Məlumata görə hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.

Daha əvvəl “Ermənistan” blokunun ofisi Köçəryanın üç günlük şəxsi səfər planlaşdırdığı haqda məlumat yaymışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir