
Bakı. Trend:
Anlaşma memorandumu imzalandıqdan sonra Tehran və Vaşinqton
qalan mübahisəli məsələlər üzrə 2 ay ərzində danışıqlar
aparacaqlar.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi
bildirib.
“Rəsmi imzalanma cümə günü baş tutacaq və iki nümayəndə
heyətinin rəhbərləri gələcək danışıqların addımlarını müəyyən etmək
üçün görüşəcəklər. Həmin vaxta qədər Amerika tərəfinin müharibəyə
son qoymaq, blokadanı aradan qaldırmaq və aktivləri azad etmək
öhdəliyi sınaqdan keçiriləcək”, – deyə o bildirib.
İran xarici işlər nazirinin müavini vurğulayıb ki, danışıqlar
yalnız ABŞ-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi halında
başlayacaq.
İranlı diplomat, həmçinin qeyd edib ki, memoranduma dair mətn
imzalandıqdan sonra dərc olunacaq.

