
Bakı. Trend:
Qətər ABŞ ilə İran arasında əldə edilən razılaşmanı
dəstəkləyir.
Bu barədə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin
Əbdürrəhman Əl-Tani “X” sosial şəbəkəsində yazıb.
“Qarşıdan gələn danışıqlarda bütün tərəflərin müsbət və
konstruktiv ruhda iştirakını, əldə edilən irəliləyişin
möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə töhfə verməsini
səbirsizliklə gözləyirik”, – deyə o bildirib.
Qətərin Baş naziri həmçinin razılaşmanın əldə olunmasına verdiyi
töhfəyə görə Pakistana və bütün tərəflərə minnətdarlığını
bildirib.
“Biz bir daha təsdiq edirik ki, Qətər Dövləti bu səylərin və
regional və beynəlxalq səviyyələrdə dialoq və dinc vasitələrlə
təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verən hər
şeyin güclü tərəfdarı olaraq qalacaq”, – deyə o qeyd edib.

