Füzulidə avtomobil piyadanı vuraraq öldürüb

Baş səhifə

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə gecə saatlarında “Fin qəsəbəsi” ərazisində baş verib.
Asif Balabəyovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir