
Bakı. Trend:
PSV-nin futbolçusu İsmael Saibari karyerasını “Bavariya”da davam
etdirəcək.
Bu barədə xarici media məlumat yayıb.
Münhen klubunun 25 yaşlı mərakeşli hücumçunun transferi ilə
bağlı razılığa gəldiyi bildirilir.
Saibari bu mövsüm Erediviziyada parlaq bir mövsüm keçirib, 37
oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun çıxışları ona
Niderland liqasının ən yaxşı oyunçusu adını qazandırıb, Avropanın
ən yaxşı klublarının diqqətini cəlb edib.
Futbolçuya maraq Braziliya ilə matçda vurduğu qoldan sonra
artıb. Bir neçə gün əvvəl “Bavariya” konkret transfer təklifi verib
və artıq oyunçu ilə 2031-ci ilə qədər müqavilə razılaşdırılıb.
Daha sonra klublar transferlə bağlı şifahi razılığa gəliblər.
Müqavilənin yekunlaşdırılması yaxın günlərdə ABŞ-da keçirilməsi
planlaşdırılan tibbi müayinədən sonra gözlənilir.

