
Bakı. Trend:
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava davam edir, bəzi
yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv
xarakterlidir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən düşən
yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə,
Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, Şahbuzda 11, Qobustanda
10, Şəkidə 8, Göyçay, Göygöl, Naftalan, Daşkəsən, Sarıbaş (Qax),
İmişlidə 7, Yevlaxda 6, Gəncə, Balakən, Mingəçevir, Şahdağ, Şamaxı,
Goranboy, Naxçıvanda 5, Sədərək, Zaqatala, Oğuz, Qusarda 4, Quba,
İsmayıllı, Xızı, Xaçmazda 3, Şəmkir, Tovuz, Kəlbəcər, Laçın,
Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Sabirabadda 2, Şabran,
Şərur, Yardımlı, Lerik, Cəfərxan, Qəbələ, Şirvanda, Bakıda və
Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
İyunun 14-də saat 18:34-18:42 radələrində Qubadlı rayonunun
Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb.
İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin
maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və
Beyləqanda 16 m/s-dək güclənib.
Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500
m-dək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33,
Naxçıvan MR-da 30, Aran rayonlarında 32, dağlıq rayonlarda 23
dərəcəyədək isti müşahidə olunub.

