
Bakı. Trend:
İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Serxio Kanales
Avropaya geri qayıdacaq.
İspaniya mətbuatının xəbərinə görə, ona ölkəsində təklif
gəlib.
Belə ki, başa çatan mövsümü İspaniya Sequndasında çempion olaraq
tutaraq 2026/2027 mövsümündə La Liqada oynamaq hüququ qazanan
“Rasinq” təcrübəli futbolçuya ehtiyac duyub.
Hazırda tərəflər arasında danışıqlar gedir və böyük ehtimalla
Kanales yetirməsi olduğu kluba keçəcək.
İspaniya milli komandasının sabiq futbolçusu
“Rasinq”(Santander), “Real”(Madrid), “Valensiya”, “Real Sosyedad”,
“Betis” klublarında çıxış edib.

