
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş
Ştatları ilə İran İslam Respublikası arasında əldə olunmuş
razılaşmaya dair bəyanat yayıb.
Bəyanatın mətni XİN-in rəsmi saytında dərc edilib.
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında
Anlaşma Memorandumu üzrə əldə olunnuş razılaşmanı alqışlayırıq.
Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm
vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi
töhfələri yüksək qiymətləndiririk.
Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək
danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə
verəcək”, – deyə bəyanatda qeyd edilib.

