DÇ 2026: İspaniya millisi mübarizəyə başlayır

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında bu gün növbəti matçlar baş
tutacaq.

Yarışın rəsmi proqramına görə, beşinci oyun günündə dörd
qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə İspaniya millisi Kabo-Verde yığması ilə
üz-üzə gələcək. Daha sonra Belçika seçməsi Misirlə münasibətlərinə
aydınlıq gətirəcək.

Gecə saatlarında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları
qarşılaşacaq. Oyun gününün son matçında İran millisi Yeni Zelandiya
yığmasını sınağa çəkəcək.

Dünya çempionatı

15 iyun




20:00. İspaniya – Kabo-Verde

23:00. Belçika – Misir

16 iyun

02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

05:00. İran – Yeni Zelandiya

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir