
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü
münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə o “X” sosial media hesabında paylaşım edib.
“Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi
arzularımla təbrik edir, bir millətin iki dövləti, tək ürək daşıyan
övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin
salam və məhəbbətini çatdırıram”, – paylaşımda qeyd olunub.

