Meymunçiçəyi virusu ilə bağlı son statistika açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusu ilə bağlı dünya
üzrə son statistikanı açıqlayıb.

ÜST-ün məlumatına görə, son altı həftə ərzində 16 ölkədən təqdim
edilən hesabata əsasən 883 yeni yoluxma halı aşkarlanıb.




Ən çox yoluxma Madaqaskarda baş verib. Belə ki, burada altı
həftə ərzində 767 yeni yoluxma qeydə alınıb. Ən az yoluxma isə Çin,
Danimarka və İrlandiyadadır. Bu ölkələrin hər birində altı həftə
ərzində cəmi bir yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, meymunçiçəyi (mpox) virusu insanlarda və bəzi
heyvanlarda yoluxucu xəstəlik yaradan virusdur. Xəstəlik əsasən
yoluxmuş şəxslə yaxın təmas, dəri səpgiləri və ya bədən mayeləri
vasitəsilə yayılır. Əlamətlərinə hərarət, baş ağrısı, əzələ
ağrıları, limfa düyünlərinin böyüməsi və sonradan yaranan dəri
səpgiləri daxildir. Əksər hallarda xəstəlik bir neçə həftə ərzində
sağalır, lakin bəzi insanlarda ağır fəsadlar yarana bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir