Narışkindən İrəvana xəbərdarlıq

Baş səhifə

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Ermənistan hakimiyyətinin yalnız Qərbin dəstəyinə güvənəcəyi təqdirdə ciddi problemlərlə üzləşə biləcəyini bildirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Narışkinin sözlərinə görə, belə bir siyasi kurs səhv addım olar və ölkədə daxili siyasi vəziyyətin mürəkkəbləşməsinə, eləcə də respublikanın iqtisadi inkişafı üçün əlavə maneələrin yaranmasına səbəb ola bilər.

O qeyd edib ki, Ermənistanın yalnız Qərbin dəstəyinə istiqamətlənməsi ölkə üçün arzuolunmaz nəticələr doğura bilər.

Rusiya rəsmisi eyni zamanda ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi bu məsələdə “ağıllı və düşünülmüş” qərarlar qəbul edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir