
Bakı. Trend:
Sabah Azərbaycanda Məhərrəm ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, iyunun 16-sı
Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və
səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə
əlaqədar ölkə müsəlmanlarına müraciətində bildirilib ki, Məhərrəm
və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri,
xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə
xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və
s. dinimizə görə qəbuledilməzdir.
Müraciətdə, həmçinin QMİ Qazılar Şurası yerlərdəki
nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar “Dini
etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini
mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə
keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri
zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə
xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun
olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin
pozulması icazəli deyildir.
Qeyd edək ki, Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf
edir.

