Tunis millisinin baş məşqçisi istefaya göndərildi

Baş səhifə

Bakı. Trend:

Sabri Lyamuşi Tunis milli futbol komandasının baş məşqçisi
vəzifəsindən kənarlaşdırılıb.

Xarici media yazır ki, buna səbəb komandanın Dünya Kubokunun
əvvəlində sarsıdıcı məğlubiyyətlə üzləşməsidir.




Tunis ilk turda İsveçə 5-1 hesabı ilə məğlub olub. Komandanın
qrup mərhələsində daha iki oyunu var: Yaponiya (21 iyun) və
Hollandiya (26 iyun). Tunis millisinin texniki direktoru Monder
Kebayer və ya milli komandanın keçmiş yarımmüdafiəçisi Anis
Bujelben baş məşqçi vəzifəsini icra edəcəklər.

54 yaşlı Sabri Lyamuşi Tunis milli komandasına 2026-cı ilin
yanvar ayında rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2028-ci
ilin iyul ayına qədər olub. Onun rəhbərliyi altında komanda beş
oyunda bir qələbə qazanıb. O, İngiltərə, Səudiyyə Ərəbistanı, Qətər
və Fransa klublarında baş məşqçi kimi çalışıb. Lyamuşi 2012-ci
ildən 2014-cü ilə qədər Fil Dişi Sahili milli komandasına rəhbərlik
edib. Komanda 2014-cü il Dünya Kubokuna vəsiqə qazansa da, qrup
mərhələsini keçə bilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir