
Bakı. Trend:
İran-ABŞ sülh müqaviləsinin imzalanmasından sonra iki-üç gün
ərzində Hörmüz boğazının açılması üçün Avropa missiyası
yerləşdirilə bilər.
Xarici media yazır ki, bunu Fransa prezidenti Emmanuel Makron
bildirib.
O, məqsədlərdən birinin dəniz yolundan keçən gəmilər üçün
rüsumların yığılmasının qarşısını almaq olduğunu bildirib.
Missiyaya Fransa və Böyük Britaniya rəhbərlik edəcək. Makron
bildirib ki, İtaliya və Niderlandda missiyaya qoşulmağa
hazırdır.
ABŞ və İran 15 iyun gecəsi sülh razılaşmalarına çatdıqlarını
elan ediblər. 19 iyunda Cenevrədə memorandum imzalama mərasimi
planlaşdırılır. Sazişdə Livan da daxil olmaqla, hərbi
əməliyyatların dayandırılması, İrana qarşı dəniz blokadasının
qaldırılması və Hörmüz boğazında sərbəst naviqasiyanın bərpası
nəzərdə tutulur. Sazişin rəsmi imzalanmasından sonra tərəflər
münaqişənin yekun həlli ilə bağlı 60 günlük danışıqlara
başlayacaqlar.

