
Bakı. Trend:
Ağdamda çobanlar arasında mübahisə faciə ilə nəticələnib.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdam rayonunun işğaldan
azad edilmiş Çullu kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, yeyib-içdikdən sonra çobanlar arasında
yaranan mübahisə silahlı insidentə çevrilib. Rayon sakini, 1979-cu
il təvəllüdlü Elşad Gözəlov ov tüfəngi ilə 1975-ci il təvəllüdlü
Rövşən Şirinova atəş açıb. Nəticədə qol nahiyəsindən xəsarət alan
R.Şirinov xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra Elşad Gözəlov həmin tüfənglə özünə atəş açaraq
həyatına son qoyub.
Yaralının müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam
etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

