
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz
rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında
batması barədə məlumat daxil olub.
Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb
olunub.
Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət
oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

